“Samsung”un rəhbəri vergidən yayınmaqda şübhəli bilinir

“Reuters” agentlyinin məlumatına əsasən, Cənubi Koreyanın hüquq-mühafizə orqanları “Samsung” konserinin prezidenti Li Hon Xi haqqında vergi ödəməkdən yayınma ilə bağlı iddia qaldırıb.

Şirkət rəhbəri vergidən yayınmaq üçün öz tabeliyində olan işçilərin adına açdığı çoxlu sayda bank hesablarından istifadə etməkdə şübhəli bilinib.

“Samsung”un prezidenti və şirkətin digər rəhbərilərindən biri 8.2 milyard von , yəni 7.5 milyon dollar məbləğində vergi yayındırmaqda şübhəli bilinən 72 vəzifəli işçinin adına açılan 2760 bank hesabından istifadə ediblər”,- Cənubi Koreyanın Milli Polis Agentliyinin açıqlamasında bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır