İpoteka və Kredit Zəmanət Fondu satınalma sorğusu elan edir

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu  dəftərxana malları üzrə satınalma sorğusu elan edir.

Belə ki, satınalma üzrə prosedurlar 17 aprel 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.

BBN.az xəbər verir ki, satınalmada iştirak haqqı 50 manat məbləğində müəyyən edilib. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Satınalma üzrə ilkin sənədlər 2 aprel 2018-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 16 aprel 2018-ci il  tarixinədək qəbul ediləcək.

Qeyd edək ki, satınalma ilə bağlı ətraflı məlumat əldə etmək üçün keçidə daxil ola bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır