İpoteka və Kredit Zəmanət Fondunun elan etdiyi satınalmanın qalibi bəlli olub

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”nin yenilənməsi ilə bağlı mal və xidmətlərin satın alınmasına dair açıq tender başa çatıb.

BBN.az xəbər verir ki, satınalmanın qalibi olaraq “GNİ SOFTVVARE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə “GNİ SOFTVVARE” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 08 oktyabr 2018-ci il tarixli 0810/18 nömrəli “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”nin yenilənməsi ilə bağlı mal və xidmətlərin satınalma müqaviləsi bağlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır