“Saudi Aramco”nun IPO-su 2019-cu ilə qala bilər

Qlobal maliyyə bazarlarının və neft sənayesinin yaxından izlədiyi Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərinin kütləvi yerləşdirilməsinin (IPO) 2019-cu ilə qədər təxirə salına biləcəyi fikri irəli sürülüb.

“The Financial Times”ın məlumatına görə, “Saudi Aramco”nun maliyyə məsləhətçiləri hesab edir ki, ölkə şəhzadəsi Məhəmməd ibn Salman şirkətin hissələrinin satışından 2 trilyon dollar məbləğində gəlir əldə etmək hədəfinə çata bilməyib. Şirkətin illərlə qeyri-şəffaf idarə olunması da İPO üçün əlavə problemlər yaradıb.

Məlumata görə, “Aramco”nun IPO əməliyyatının ən tez 2019-cu ilin ilk və ya ikinci yarısında gerçəkləşə bilər. Həmçinin bildirilib ki, London birjasından əlavə, New-York və Hong-Kong birjaları da IPO üçün namizəddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır