“Saxta hesab” qalmaqalı nəticəsində ABŞ-ın ikinci ən böyük bankı olan “Wells Fargo”nun 8 rəhbəri cəmi 32 mln. dollar həcmində mükafatlarından məhrum ediliblər.
Bu haqda Bank məlumat yayıb.
Məlumata əsasən, tərkibində Bankın sədri Tim Sloan da olan idarəçilər 2016-cı il üçün olan mükafatlarını almayacaqlar.
Qeyd edək ki, “saxta hesab” məsələsi üzrə istintaq hələ də davam edir.