“Sberbank” satış prosesini cari ilin ilk yarısında tamamlayacaq

Rusiyanın nəhəng banklarından olan “Sberbank” türk bankı “Denizbank”-ın satışını 2019-cu ilin ilk yarısında tamamlayacağını bildirib.

Daha öncə bankdan verilən açıqlamada 2019-un ilk rübü vurğulansa da, son açıqlamasında satışın həyata keçirilməsi üçün Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin maliyyə tənzimləyicilərindən təsdiq gözlədikləri bildirilib.

Qeyd edək ki, sözügedən tranzaksiya “Sberbank”-ın “Denizbank” səhmlərini BƏƏ mərkəzli “Emirates NBD” bankına satması ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır