“Select USA ” adlı Sərmayə Sammiti keçiriləcək

ABŞ-ın Ticarət Departamenti və Dövlət Departamentinin dəstəyi ilə 20-22 iyun 2018-ci il tarixlərində Vaşinqton şəhərində “Select USA ” adlı Sərmayə Sammiti keçiriləcək.

“Select USA” proqramı çərçivəsində keçirilən bu sammit müxtəlif ölkələrdən ABŞ-a sərmayədarların cəlb olunması, həmçinin ABŞ şirkətlərinin beynəlxalq sərmayədarlarla birbaşa əlaqə yaratması və imkanların bölüşdürülməsi üçün platforma rolunu oynayır. Azərbaycan işgüzar dairələri də tədbirdə iştiraka dəvət olunur.

Sammit haqqında ətraflı məlumatı keçiddən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır