ASK sahibkarları seminarda iştirak etməyə dəvət edir

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarları seminarda iştirak etməyə dəvət edir.

BBN.az xəbər verir ki, ASK vəAlmaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf  Nazirliyinin dəstəyi və Bildungwerk der Wirtschaft Mecklenburg-Vorpommern e. V. Tədris mərkəzi vasitəçiliyi ilə Almaniyada fəaliyyət göstərən özəl biznes sektorunun inkişafında böyük təcrübəyə malik olan “SEQUA”gGmbH təşkilatının, “Cənubi Qafqazda peşə təhsilinə dəstək” layihəsi həyata keçirir.

Layihənin istiqamətlərindən biri ASK-nın onlayn əmək bazarının Monitorinq sisteminin yaradılmasıdır. Məqsəd–işəgötürənlərin insan resurslarına olan ehtiyac və tələblərinin araşdırılmasıdır. Seminarda əmək bazarının MS-nin istifadə qaydaları və onun Sahibkarlara daha səriştəli işçilərin müəssisələrinə cəlb edilməsi faydaları müzakirə ediləcək.

Bu çərçivədə  25 may 2018-ci il tarixdə saat 14:30-da ASK-nın Konfrans zalında sahibkarların və layihənin yerli ekspertlərinin iştiraki ilə Seminarın keçirilməsi nəzərdə tutulur. Seminarda Almaniya ekspertləri  D. Röennecke və G. Trepte iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır