Gəncədə və Şəkidə seminarlar keçirilib

“Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq 18 may–18 iyun tarixlərində ölkədə elan edilmş “İnsan hüquqları aylığı” çərçivəsində mayın 23-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının və “Sahibkar  Qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gəncədə qadınlar, Şəkidə isə gənclər üçün seminarlar keçirilib.

BBN.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, insan hüquqlarının qorunması və biznes fəaliyyətində İKT-dən istifadə mövzularında keçirilən seminarlarda iştirakçılara insan hüquqlarının qorunması sahəsində qanunvericilik və beynəlxalq təcrübə, biznes fəaliyyətində rəqəmsal texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi  və s. barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, seminarlarda iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır