Statistik göstəricilərə görə carı ilin sentyabr ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsinin Çağrı Mərkəzinə 250-ə yaxın müraciət daxil olub. Ötən ay daxil olmuş müraciətlərin 84%-i sorğu tiplidir.
Regionlar üzrə daxil olan müraciətlərin səviyyəsində paytaxt sakinlərinin aktivliyi müşahidə olunur. Belə ki, bu kateqoriyaya üzrə müraciətlərin 73%-ə yaxını Bakı sakinlərinin payına düşür.
Müraciətlərin 31%-dən çoxu əmlaka dair çıxarışla, 20%-ə yaxını özəlləşmə ilə, 10%-ə yaxını kadastrla qalanı isə fərqli mövzularla bağlıdır.
Vahid çağrı mərkəzi vasitəsilə vətəndaşlara daşınmaz əmlakla bağlı hüquqi yardımlar göstərilir. Bundan başqa onlar 193 saylı qaynar xəttinə zəng etməklə dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı ilə bağlı elektron xidmətlər haqqında da məsləhət ala bilərlər
Qeyd edək ki, Çağrı Mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir.
Ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.