Sentyabr ayında həyata keçirilən qazma işlərinin həcmi açıqlanıb

2017-ci ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9979 metr qazma işi həyata keçirilib.

Bu sahədə görülmüş işlərin 9042 metri istismara, 937 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 103625 metr qazma işi görülüb ki, bunun da 96250 metri istismara, 7375 metri isə kəşfiyyata aid olub.

2017-ci ilin sentyabr ayında qazmadan alınan 4, il ərzində isə 56 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır