SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin sentyabr ayında 37 646 ton dizel yanacağı, 7 528 ton təyyarə yanacağı, 890 ton mütləqləşdirilmiş izopropil spirti, 112 ton maye piroliz qətranı, 596 ton propilen və 598 ton butilen butadien fraksiyası ixrac edib.
Ümumilikdə, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 401 158 ton dizel yanacağı, 33 582 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 56 265 ton yüksək təzyiqli polietilen, 9 107 ton mütləqləşdirilmiş izopropil spirti, 46 985 ton maye piroliz qətranı, 29 249 ton propilen və 21 616 ton butilen butadien fraksiyası ixrac edilib.
2017-ci ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 575,01 ABŞ dolları, təyyarə yanacağının – 539,99 dollar, dizel yanacağının – 505,99 dollar, 1 faizli kükürdlü mazutun – 317,18 dollar, yüksək təzyiqli polietilenin – 1219 dollar, butilen butadien fraksiyasının – 628,77 dollar, maye piroliz qətranının – 575,01 dollar, propilenin qiyməti – 830 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 1450 avro təşkil edib.