Səyyar ASAN xidmət yeni məntəqələrdə fəaliyyət göstərəcək

Səyyar ASAN xidmət 5-17 mart tarixində Oğuzda, 5-19 mart tarixində Xırdalan, Saatlı, Naftalan, Siyəzən, Cəlilabad, Ucar və Salyanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bundan başqa, səyyar avtobuslar 28 fevral – 19 mart tarixində Beyləqanda, 3-17 mart tarixində Sabunçu rayonunun Maştağa qəsəbəsində vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Xidmətlərlə daha ətraflı tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır