Beynəlxalq Sığorta Konfransı öz işini başa çatdırıb

Azərbaycan Sığortaçılar Assosiasiyası, Rumıniyanın Xprimm Media şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi dəstəyi ilə 21 İyun tarixində “Azərbaycanda sığorta – Yeni perspektivlər” adlı beynəlxalq sığorta konfransının ikinci günü baş tutub.

Konfransın ikinci günü “Katastrofik modellərlə bağlı təqdimat”la başlayıb və “Kənd təsərrüfatı sığortası”nın müzakirəsi ilə davam edib. Daha sonra mövzular üzrə ekspertlərin iştirakı ilə interaktiv panel keçirilib.

Konfransın bağlanış mərasimində çıxış edən Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin sədri Mustafa Abbasbəyli konfransa qatılan məruzəçi və iştirakçılara təşəkkürünü bildirib və burada müzakirə olunan mövzuların sığorta sektorunun hər bir iştirakçısı üçün praktiki cəhətdən faydalılıq və əhəmiyyətini vurğulayıb. Daha sonra konfrans bağlı elan edilib.

Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə yerli sığorta bazarının inkişafının dəstəklənməsi məqsədilə daha əvvəllər də beynəlxalq tədbirlər təşkil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır