Sığorta Bürosu tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib

İcbari Sığorta Bürosu tərəfindən 21 fevral 2014-cü il tarixdə, saat 19:30 radələrində Ağcabədi rayonu ərazisində  baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfərin 3-cü qrup əlilliyə səbəb olmuş ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar, 2 000 AZN (iki min manat) məbləğində kompensasiya ödənişi  Azərbaycan Respublikasının vətəndaşına poçt vasitəsi ilə 31 oktyabr 2016-cı il tarixində köçürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır