Əmanətlərin Sığortalanması Fondu tərəfindən 16 iyun 2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 222 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58 milyon 971 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 771 min manat, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 087 min manatdan artıq kompensasiya ödənilib. Həmçinin “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 350 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 milyon 004 min manatdan artıq kompensasiya verilib.
O cümlədən, QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 437 milyon 433 min manat, “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 778 min manatdan artıq kompensasiya müəyyən edilib və ödənilib.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə müddət başa çatıb və bankın qorunan əmanətçilərinə 24 milyon 191 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120 milyon 458 min manatdan artıq kompensasiya ödənilib.
Qeyd edək ki, ümumilikdə Fond tərəfindən 11 bank üzrə 734 milyon 245 min manatdan artıq kompensasiya ödənilib.