Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 29 iyun 2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 222  min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 59 milyon 232 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 771 min manat  və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 087 minmanatdan artıq kompensasiya ödənilib.

Həmçinin “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 350 min manat,  “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 milyon 004 min manatdan  artıq kompensasiya ödənilib.

QSC “Bank Standard” KB-nin qorunan  əmanətçilərinə 437 milyon 490 min, “Yunayted Kredit Bank” ASC-nin qorunan  əmanətçilərinə isə 1 milyon 807 min  manatdan artıq kompensasiya ödənilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət başa çatmış və əmanətçilərə 24 milyon 191 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə  120  milyon 458 min manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, ümumilikdə Fond tərəfindən 11 bank üzrə 734 milyon 593 min manatdan artıq kompensasiya   ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır