Ləğv prosesində olan “Atrabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 31 024 min manat olmaqla onlardan 26 995 min manatı qorunan əmanətlər, o cümlədən 14 614 min manatı kompensasiya olunan əmanətlərdir. 4 avqust 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 14 351 min manatdan artıq kompensasiya ödənilib. Bu da ümumi kompensasiya öhdəliyinin 98,2 %-dir. 263 316 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
“Qafqaz İnkişaf Bankı” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 11 996 min manat olmaqla onlardan 6 617 min manatı qorunan əmanətlər, o cümlədən 2 090 min manatı kompensasiya olunan əmanətlərdir. 4 avqust 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 2 004 min manatdan artıq kompensasiya ödənilib. Bu da ümumi kompensasiya öhdəliyinin 95,8 %-dir. 86 452 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ləğv prosesində olan QSC “Bank Standard” KB-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 499 min manat olmaqla onlardan 554 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 154 min manatı kompensasiya olunan əmanətlərdir. 4 avqust 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 609 min manatdan artıq kompensasiya ödənilib. Bu da ümumi kompensasiya öhdəliyinin 99,2 %-dir. 3 544 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
“Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 550 min manat olmaqla onlardan 3 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 099 min manatı kompensasiya olunan əmanətlərdir. 4 avqust 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 837 min manatdan artıq kompensasiya ödənilib. Bu da ümumi kompensasiya öhdəliyinin 87,5 %-dir. 262 485 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 747 793 min manatdan artıq kompensasiya ödənilib.