Sığorta müqavilələrinin sayında 58% artım müşahidə edilib

Cari ilin iyun ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 133 148 elektron sığorta müqaviləsi qeydiyyata alınıb. Bunlardan 14797-i xarici ölkələrdə qeydiyyata alınan və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 10 922 647 manat təşkil edib.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 58%, sığorta haqlarının məbləğində isə 63%  artım müşahidə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır