“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 86.1-ci maddəsinə əsasən Palatanın İdarə Heyətinin 10 may 2019-cu il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Bağırlı Elçin Mübariz oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.
“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin müraciəti əsasında Palatanın İdarə Heyətinin eyni tarixli qərarı ilə Qanunun 105.1.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.