«Qala Sığorta»nın bu ilin 10 ayı üzrə nəticələri məlum olub. Şirkətdən verilən məlumata görə, yanvar-oktyabr aylarında ümumi yığımların həcmi 3 867 362 manat təşkil edib.Ötən ilin eyni dövründə isə sığorta şirkəti cəmi 62 133 manat sığorta haqqı toplamışdı.Yığımların 1 899 349 manatı icbari sığorta növlərinin, 1 978 013 manatı könüllü sığorta növlərinin payına düşüb. Sığorta yığımlarının 78,9% daşınmaz əmlakın icbari və könüllü sığortasının, qalan hissəsi isə yük,məsuliyyət və fərdi qəza sığortandan toplanılıb. Sığorta şirkətinin bir aylıq yığımları isə 136 677 manat təşkil edib.
Bu ilin10 ayında “Qala Sığorta”da bağlanan müqavilələr üzrə hər hansı bir sığorta hadisəsi olmayıb və ödəniş də edilməyib. 2015-ci ilin yanvar-oktyabr aylarında isə sığorta şirkəti öhdəlikləri üzrə 53 341 manat ödəniş edib.
Mənbə: fins.az