“Nord Stream”in ticarət müdürü Reinhard Ontid “Şimal Axını-2” layihəsi üçün 2018-ci ilin ilk rübündə Avropa Birliyi ölkələrindən inşaat icazəsi almağı planlaşdırır.
Ontid 2018-ci ildə layihənin iki əlavə xəttinin inşaatının başlayacağını bildirib.
Qeyd edək ki, layihənin 2019-cu ildə başa çatması və 2020-ci ildən fəaliyyətə başlaması ehtimal olunur.