Dünya təhlükəsizlik nəhəngi “McAfee” Şimali Koreya hacker qrupu “Hidden Cobra”nın Türkiyədəki maliyyə qurumlarına hücum etdiyini bildirib.
“McAfee Advanced Threat Research” komandası tərəfindən yayımlanan hesabata görə, 2 və 3 mart tarixlərində hacker qrupu Türkiyədəki maliyyə qurumlarına hücum etmək istəyib. Hesabatda bəhs edilən pis məqsədli proqram kodunun Şimali Koreya ilə əlaqəli bir hackerin proqram koduna çox oxşadığı bildirilib.