5 aprel 2017-ci il tarixində “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” mövzusu ətrafında konfrans keçirilib.
Konfransda İsveçrənin Azərbaycandakı Səfirliyi, İsveçrə Əməkdaşlıq Təşkilatının (SCO) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Dr Simone Haeberli öz çıxışında bildirib ki, daşınar əmlakın yüklülüyü ilə bağlı qanun layihəsinin qəbul edilməsi və bu istiqamətdə atılan addımlar bank sisteminə olan etibarın artırılmasında mühüm addımlar olacaq.
Onun sözlərinə görə, bank sektorunda etibarın bərpası çətin olacaq. Bu zaman müştərilər maliyyə qurumlarına etibar etdiyi kimi maliyyə qurumları da müştərilərə etibar etməlidir.