Sinqapur Mərkəzi Bankının baş iqtisadçısı Richard Jerram FES-in dekabr ayındakı faiz artımı qərarına mane ola biləcək 3 vəziyyətin olduğunu bildirib. Bunlara Trump-ın ABŞ prezident seçimlərini qazanması, maliyyə bazarlarının ciddi dalğalanması və məşğulluq göstəricisinin 100 mindən aşağı olması ehtimalı aiddir. Bu haqda Bloomberght məlumat verir.
“ABŞ-da bu il aqrar sektordan kənar məşğulluq göstəricisi 178 mindən aşağı qeydə alınıb. 150-200 min rasındakı göstərici FES-i rahat bir vəziyyətə gətirəcək, lakin 1000 mindən aşağı olacaq bir göstərici narahatlığın yaranması üçün əsaslı səbəbdir”-deyə Jerram bildirib.
Qeyd edək ki, iqtisadçı Trumpun seçimləri qazanmasının iqtisadiyyatdakı dəyişkənliyi artıracağını da qeyd edib.