Şirkət 800 işçisini işdən çıxaracaq

İngiltərənin ən böyük pərakəndə mağazası “Tesco” 800 işçisini işdən çıxaracağını elan edib.

Açıqlamada bildirilib ki, işçilərin işdən çıxarılmasının səbəbi əməliyyatları sadələşdirmək və xərclərlə bağlı hədəfi reallaşdırmaqdır.

Qeyd edək ki, “Tesco”nun hazırda 310.000 işçisi var. Şirkət İngiltərədəki böyük mağazalarından “insan resursları” və “uyğunluq idarəçiliyi” vəzifələrini, həmçinin dünyanın 226 mağazındakı “müştəri araşdırması” rəhbər vəzifəsini də ləğv edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır