“Dövlət vəsaitləri cəlb edilməklə sistem əhəmiyyətli bankların sağlamlaşdırlması üçün bir sıra tədbirlər həyata keçirilməlidir.”
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq təminatı idarəsinin rəisi Nurlan Babayev İlk Bankçılıq Forumunun “Bank qanunvericiliyi: problemlər və perspektivlər” panelində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu tədbirlər siyahısına aşağıdakılar daxildir:
1.Ödəmə qabiliyyətini itirmiş (ÖQİ) bankın səhmlərinin 75%-i dövlətə məxsus bankla birləşdirilməsi və ya bu cür dövlətə məxsus bank tərəfindən alınması;
2.Sonradan investora satılması şərtilə ÖQİ bankın səhmlərinin 50 faizdən çoxunun dövlətin mülkiyyətinə keçməsi və əlavə səhm emissiyası ilə dövlət vəsaiti hesabına bankın nizamnamə kapitalının artırılması;
3.Bankın səhmdarlarının yazılı razılığı ilə bankın idarə edilməsini öz əlində saxlamaq və sonradan öz iştirak payını bankın mövcud səhmdarlarına və ya bankın bütün səhmlərinin başqa bir investora satılması şərtilə bankın səhmlərinin 50 faizdən az hissəsinin dövlət tərəfindən alınması;
4.Bankın Palatanın idarəçiliyinə verilməsi.