Türkiyənin ən böyük banklarından biri olan “Akbank”ın bütün sistemləri: ATM-ləri, POS terminallari, internet saytı və mobil tətbiqləri müvəqqəti olaraq, istifadəyə yararsız hala düşüb.
Problemin hələ də davam etdiyi vaxt bank tərəfindən verilən açıqlamada bildirlib ki, mənfi hal sistemin yenilənməsi ilə əlaqədar baş verib və IT komandası bunun tez bir zamanda aradan qaldırılması üçün səy göstərir.
Bank təqribən 3 saat “bağlı” qaldıqdan sonra sistem fəaliyyətə başlayıb, lakin əlaqədə kəsilmələr yenə də müşahidə edilməkdədir.
Qeyd edək ki, “Akbank” hazırda 15 mln. müştərisinə 4200 ATM, 460 000-dən çox POS terminal və digər cihazlar vasitəsi ilə xidmət edir.