Skandinaviya şirkətləri Alipay ilə əməkdaşlığa maraqlıdırlar

Rəqəmsal ödəmə texnologiyaları üzrə ixtisaslaşan Norveçin Vipps və Finlandiyanın ePassi şirkətləri Çinin Alipay şirkəti ilə qarşılıqlı müqavilə imzalayıb. Belə ki, müqaviləyə əsasən şirkətlər Alipay-in QR Code standartlarını qəbul ediblər. 2019-cu ilin birinci rübündən icrasına başlanacaq olan razılaşma əsasında şirkətlərin rəqəmsal ödəniş platformaları arasında qarşılıqlı inteqrasiya güclənəcək.

Yerli əhalinin 76%-i tərəfindən istifadə edilən Vipps Norveçin ən məşhur mobil ödəniş tətbiqetməsi olmasına baxmayaraq, digər heçbir ölkənin bazarında pay sahibi deyil. Sözügedən əməkdaşlıq sayəsində Vipps şirkəti xidmətlərini beynəlxalq arenya çıxarda biləcək. 2019-cu ildə Vipps tətbiqetməsini  ilk olaraq İspaniyada istifadəyə verilməsi planlaşdırılır.

Finlandiyanın ePassi şirkəti hal-hazırda yerli bazardan əlavə, İsveç, Estoniya, İslandiya və İspaniya bazarlarında da fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır