SKMF sərhəd və cəbhə bölgəsində fəaliyyət göstərən 19 mindən çox sahibkara güzəştli kredit verib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ilin ötən dövrü ərzində 1000-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 72 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3000-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Fondun fəaliyyətində əsas prioritetlərdən biri sərhəd və cəbhə bölgəsində vətəndaşların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara dövlətin güzəştli kreditlərinin verilməsi və maarifləndirilməsidir.

Qeyd edək ki, ümumiyyətlə, indiyədək Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sərhəd və cəbhə bölgəsində fəaliyyət göstərən 19 mindən çox sahibkara 681 milyon manatadək güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır