SKMF Tərtər rayonunda investisiya layihələrinin qəbuluna başlayıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2017-ci il avqustun 31-də Tərtər rayonunda işgüzar forum keçirib.

Forumda sahibkarlardan intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması və kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, sentyabrın 5-dən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır