Qan təzyiqini ölçə bilən smartsaatlar təqdim olunub

Samsung özünün ən yeni  Galaxy Active smartsaatını təqdim edib.

Şirkətin digər smartsaatlarında olan  nəbz ölçmə funksiyalarına əlavə olaraq, yeni smartsaatlar qan təzyiqini də müəyyən edə bilir.

Galaxy Active  4 GB yaddaşa malikdir. Bu model saatlar NFC vasitəsilə Wi-Fi, Bluetooth və mobil ödənişləri də dəstəkləyir. 39-dan çox fəaliyyət izləyə bilən və GPS sisteminə malik olan  saatlar yuxuya nəzarət etmək, addımları saymaq imkanına malikdir.

Şirkət saatların 199.99 dollar dəyərində olacağını və 8 martdan etibarən ABŞ-da satışa çıxaralıcağını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır