“Banklar və Biznes Qəzeti”- nin www.bbn.az veb portalı kredit və taksit kartları üzrə ən sərfəli şərtlərin müəyyənləşdirilməsi məqsədi ilə banklar arasında araşdırma aparıb. Araşdırma bankların təklif etdiyi kredit və taksit kartlarının faiz dərəcələri və minimum gəlir tələbləri göstəricilərini əhatə edir. Nəticələrə əsasən Expressbank-ın Smilecard kredit məhsulu faiz dərəcələrinə görə ən aşağı faizli kredit kartı kimi müəyyən edilib. Minimum gəlirə olan tələb şərtlərinə görə isə Smilecard ilk üçlükdədir.
Ümumi sıralamaya aşağıdakı linklərdən keç bilərsiniz:
Banklar kredit kartı üçün nə qədər gəlir tələb edir? – SİYAHI
“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə təqdim olunan Smilecard hər yerdə keçərli olan taksit kartıdır. Belə ki, Smilecard sahibləri dünyanın istənilən yerində kartdan istifadə edərkən (nağdlaşdırma, onlayn alış-veriş, POS ödənişlər və s.) xərclənən məbləğ avtomatik 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12%, illik faiz dərəcəsi isə 0%-dir.
Bu karta sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında Expressbank-ın istənilən filialına yaxınlaşmaqla özündə həm taksit kart, həm «cash back» (xərclənən məbləğin bir hissəsinin geri qayıtması) funksiyalarını birləşdirən – Smilecard-ı ala bilərlər.
Smilecard 2000 AZN-dək arta bilən taksit balansına malikdir. Kart müştərilərə pulsuz verilir və 3 il müddətində istifadə oluna bilər. Smilecard-ın digər üstünlüklərindən biri də – ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadə edilmə imkanıdır.
Xatırladaq ki, Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.