“Smilecard” sahibləri dünyanın istənilən yerində kartdan istifadə edərkən (nağdlaşdırma, onlayn alış-veriş, POS-ödənişlər və s.) xərclənən məbləğ avtomatik 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır.
Smilecard 2000 AZN-dək arta bilən taksit balansına malikdir. Bu karta sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında Expressbank-ın istənilən filialına yaxınlaşmaqla özündə həm taksit kart, həm «cashback» (xərclənən məbləğin bir hissəsinin geri qayıtması) funksiyalarını birləşdirən – Smilecard-ı ala bilərlər.
Smilecard-ın digər üstünlükləri sırasında – kartın pulsuz verilməsi, 4 ilədək istifadə müddəti, pulsuz SMS məlumatlandırma və s. funksiyaları sadalamaq olar.
“ExpressClub” şəbəkəsi çərçivəsində Smilecard-la POS-terminal vasitəsilə nağdsız ödənişlər etdikdə 20%-dək «cashback» müştərilərə geri qayıdır. Tərəfdaş olmayan bütün müəssisələrdə isə «cashback» 0,3% təşkil edir.