SOCAR dövlət büdcəsinə ödənişləri 19 % artırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin may ayında dövlət büdcəsinə 139 milyon 586 min manat vəsait ödənilib.Bu göstərici 2016-cı ilin may ayı ilə müqayisədə 21 milyon 780 min manat və ya 118,5 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-may aylarında büdcəyə 669 milyon 888 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 107 milyon 107 min manat və ya 119 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin may ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 945 min manat vəsait köçürülüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 694 min manat və ya 105,7 faiz çoxdur. Cari ilin yanvar-may aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 62 milyon 460 min manat təşkil etmişdir ki, bu da 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 5 milyon 101 min manat və ya 108,9 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır