SOCAR avqust ayı ərzində xam neft ixracını açıqlayıb

SOCAR 2017-ci ilin avqust ayında Novorossiysk limanından 254 min 363 ton, Ceyhan limanından 1 milyon 733 min 484 ton xam neft ixrac edib.

Ümümilikdə yanvar-avqust ayları ərzində Novorossiysk limanından 988 min 28 ton, Supsa limanından 1 milyon 579 min 673 ton, Ceyhan limanından 11 milyon 400 min 551 ton xam neft ixrac edilib.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır