SOCAR-ın büdcəyə ödənişləri artıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin avqust ayında dövlət büdcəsinə 133 782 min manat vəsait ödənilib.

Bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17 321 min manat və ya 14,9% çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında büdcəyə 1 milyard 48 milyon 348 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142 946 min manat və ya 15,8 % çoxdur.

Bundan əlavə, 2017-ci ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 575 min manat vəsait köçürülüb. Cari ilin yanvar-avqust aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 99 826 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 479 min manat və ya 5,8 % çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır