SOCAR-da Arizona ştatının Nümayəndələr Palatasının spikeri ilə görüş keçirilib

İyulun 31-də SOCAR Tower-də ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard ilə görüş keçirilib.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov 2013-cü ildən SOCAR və Arizona ştatının biznes qurumları arasında sıx əlaqələrin qurulduğunu qeyd edib. O, Azərbaycanda həyata keçirilən irihəcmli enerji layihələri çərçivəsində qazanılan uğurlar, ölkəmizin, bütövlükdə regionun sosial-iqtisadi inkişafında bu layihələrin rolu haqqında qonağa ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır