Parisdə Dünya Bankı Qrupunun “Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlığı”nın (GGFR) Rəhbər Komitəsinin iclası keçirilib.
İclasda SOCAR-ı ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadə təmsil edib.
Görüş zamanı Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində şirkətin ötən dövrdə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib və perspektiv planlar müzakirə olunub.
Qeyd edək ki, SOCAR 2008-ci ildən “Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq”, 2014-cü ildən isə Dünya Bankı tərəfindən hazırlanmış “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüslərinə qoşulub.