SOCAR haqqında yayılanlara münasibət bildirib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), barəsində sosial mediada yayılan şayiələrə aydınlıq gətirib.

Belə ki, bir neçə gün əvvəl sosial mediada SOCAR-ın Gürcüstan vətəndaşlarının borclarını öz öhdəsinə götürməsi barədə məlumatlar yayılıb. Bu barədə “Facebook” hesabından açıqlama verən şirkət sözügedən məlumatın yalan və təxribatdan başqa bir şey olmadığını qeyd edib.

Açıqlamada, şirkətin Gürcüstan dövlətinə qanunvericiliklə təyin edilmiş vergilərdən əlavə heç bir ödəniş etmədiyi bildirilib. Eləcə də, SOCAR-ın xarici ölkələrdə həyata keçirdiyi əməliyyatlardan qazanılan gəlirin və mənfəətin respublikamız üçün olduğu və bu rəqəmlərin SOCAR-ın ötən ilki gəlirlərinin 90%-ini təşkil etdiyi qeyd olunub.

Şayiələrin yayılmasının səbəbi olaraq, bu yaxınlarda Gürcüstan hökumətinin vətəndaşların 1.5 milyard lariyə yaxın borclarını silməsi ehtimal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır