SOCAR istiqrazları ilə 3,82 milyon dollarlıq əməliyyat aparılıb

Cari ilin may ayında təkrar bazarda SOCAR istiqrazları ilə 3 milyon 819 min 552 dollarlıq əməliyyat aparılıb. SOCAR istiqrazları üzrə market meyker olan «PSG Kapital» şirkətinin məlumatına görə, bu dövrdə 3 799 istiqraz alınıb və satılıb.İstiqrazların 1 790 ədədi fiziki şəxs, 2 009 ədədi isə hüquqi şəxs tərəfindən alınıb. May ayında SOCAR istiqrazlarının satış qiyməti 4 dollar bahalaşaraq 1004 dollardan 1008 dollara yüksəlib.

Xatırladaq ki, Dövlət Neft Şirkətinın daxili bazar üçün nəzərdə tutulan SOCAR istiqrazları 2016-cı ilin sentyabr ayında buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirlə emissiya edilib. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. İndiyədək faiz ödənişləri 17 yanvar və 17 aprel tarixlərində həyata keçirilib. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır