“SOCAR Energy Switzerland” İsveçrənin Federal Yollar İdarəsi (FEDRO) tərəfindən hər biri 20 yerdən ibarət olan 5 zərfin tenderində iştirak edərək, bu ölkənin avtomobil yolları üzərindəki istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikmək hüququ qazanıb. SOCAR bu tenderdə qalib gəlmiş yeganə ənənəvi yanacaqdoldurma məntəqəsi operatorudur. Şirkətin özünün 11 xidmət stansiyasından 7-də sürətli yükləmə məntəqəsi artıq fəaliyyət göstərir. Bu, İsveçrənin avtomobil yollarında ən böyük şəbəkədir. Qarşıdakı illərdə avtomobil yolları üzərindəki istirahət yerlərində yeni xidmət məntəqələrinin istifadəyə verilməsi ilə şəbəkənin daha da genişlənəcəyi gözlənilir. SOCAR hərəkət təminatçısı kimi İsvecrədə rolunu artırır və yanacaqdoldurma xidmətinə əlavə sərmayə yatırır.
“SOCAR Energy Switzerland” şirkətinin müraciəti FEDRO tərəfindən müsbət qarşılanıb, nəticədə SOCAR xeyli iddiaçısı olan beş tender zərfindən birinin qalibi olaraq, istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə stansiyası tikmək hüququ qazanıb. Fərdi zərflərə daxil edilmiş məntəqələr bütün İsveçrə boyunca yerləşir. SOCAR bunu İsveçrənin elektromobil nəqliyyatı sahəsindəki uzunmüddətli xidmətlərinə verilən qiymət kimi qəbul edir.