SOCAR 2017-ci ilin iyun ayında Novorossiysk limanından 159 min 826 ton, Supsa limanından 176 min 139 ton, Ceyhan limanından 1 milyon 429 min 248 ton xam neft ixrac edib.
Ümümilikdə yanvar-iyun ayları ərzində xam neft ixracı Novorossiysk limanından 733 min 664 ton, Supsa limanından 1 milyon 315 min 184 ton, Ceyhan limanından 8 milyon 126 min 315 ton təşkil edib.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.