Bu ilin ilk yarısında Azərbaycan Metanol Zavodunda 100,848 min ton həcmində metanol istehsal edilib. Belə ki, “SOCAR Methanol” zavodu cari il üçün 250 min ton istehsalı planlaşdırıb və ilk yarımildə cəmi istehsalı 100 848,34 ton təşkil edib.
Qeyd edək ki, Zavod dünya bazarında metanolun idxalına olan tələbatın sabit artımını nəzərə alaraq istehsalın ildə 500 min tona çatdırılmasını hədəfləyib.