SOCAR 2017-ci ilin oktyabr ayı üzrə qaz hasilatının həcmini açıqlayıb. Açıqlamaya əsasən, oktyabr ayında 541.2 mln. m3 qaz hasil edilib.
Bu göstərici ötən ayla müqayisədə 42.5 mln. m3 və ya 8.5% çoxdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qaz hasilatı 37.5 mln. m3 və ya 7.4% çoxalıb.
Qeyd edək ki, SOCAR 2017-ci ilin 10 ayı ərzində 4999 mln. m3 qaz hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 211.2 mln. m3 və ya 4 % azdır.