2017-ci il mayın 17-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Daşkənddə “Özbəkistanda Neft və Qaz-OGU 2017” XXI Beynəlxalq sərgi və konfransında iştirak edib. O, sərginin açılış mərasimində SOCAR-ın sərgidə nümayiş etdirilən ekspozisiyası ilə tanış olub, burada aparıcı neft şirkətlərinin rəsmi şəxsləri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib.
Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev “Özbəkistanda Neft və Qaz-OGU 2017” Beynəlxalq konfransında məruzə ilə çıxış edib. Məruzədə regional və qlobal əhəmiyyətli layihələr haqqında konfrans iştirakçılarına ətraflı məlumat verən Rövnəq Abdullayev ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində rolunu da vurğulayıb.