SOCAR qaz hasilatını 5.8% azaldıb

SOCAR 2017-ci ilin avqust ayı üzrə qaz hasilatının həcmini açıqlayıb. Açıqlamaya əsasən, avqust ayında 500.9 mln. mqaz hasil edilib.

Bu göstərici ötən ayla müqayisədə 2.4 mln. mvə ya 0.5% azdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qaz hasilatı 30.8 mln. m3 və ya 5.8% azalıb.

Qeyd edək ki, SOCAR 2017-ci ilin 8 ayı ərzində 3 959.1 mln. mqaz hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 265.6 mln. mvə ya 6.3 % azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır