2016-cı ilin dekabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 4882 metr qazma işi həyata keçirilmişdir.Bu sahədə görülmüş işlərin 4839 metri istismara, qalanı isə kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-dekabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 105245 metr qazma işi görülmüşdür ki, bunun da 102532 metri istismara, 2713 metri isə kəşfiyyata aid olmuşdur.
Bundan əlavə, ötən ilin dekabr ayında qazmadan alınmış 7, il ərzində isə 64 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.