Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi – “SOCAR Trading”in statistik məlumatları açıqlanıb. Statistikaya əsasən, “SOCAR Trading”in 2016-ci ildə gəlirləri əvvəlki illə müqayisədə 14% artaraq 25,9 mlrd. ABŞ dolları olub.
Ötən il şirkət 50 mln. ton həcmində Azərbaycan mənşəli xam neftin və üçüncü tərəflərin xam neft və neft məhsullarının satışını həyata keçirib. Bu isə 2015-cu ilə nisbətən 6,4% çoxdur.
Bu həcmin 21 mln. tonu Azərbaycan mənşəli xam neft, 29 mln. tonu isə üçüncü tərəflərin xam neft və neft məhsulları olub. Ötən il üçüncü tərəflərin xam neft və neft məhsullarının satışı əvvəlki illə müqayisədə 16% artıb.