“SOCAR-ın Türkiyəyə investisiya qoyuluşunun həcmi 19.5 milyard dollara çatacaq”

Rövnəq Abdullayev, Türkiyəyə qoyulan investisiya həcminin 19.5 milyard dollara çatacağını söyləyib. SOCAR prezidenti, bu məbləğin 12.6 milyard dollarlıq hissəsinin artıq reallaşdığını deyib.

Rövnəq Abdullayevin sözlərinə görə, Petkim, Petlim, STAR Zavod və TANAP kimi nəhəng layihələri əhatə edən və bu günə qədər ümumilikdə 18 milyard dollar olaraq açıqlanan investisiyalar yenidən yoxlanılıb və bu məbləğ 19.5 milyard dollara bərabər olub.

Qeyd edək ki, SOCAR 2016-cı ildə Türkiyəyə investisiya yatıran ən böyük xarici investorlardan biri olub. Ötən il Türkiyədəki xarici investisiyalarının 51%-i SOCAR tərəfindən həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır